etibar etmək (inanmaq)

* to give credence to smth. / to give one’s confidence / to place confidence in доверять (верить)
eşşəyin ölüb (artıq çox gecdir)
etibardan düşmək
OBASTAN VİKİ
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Etibar Cəfərov
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi. Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Hüseynov
Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur. Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb. 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Quliyev
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Ləj, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
Etibar İsmayılov
Etibar İsmayılov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Əhmədov
Etibar Əhmədov (dirijor)
Etibar Əliyev
Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Əliyev (deputat) — Azərbaycan Milli Məclisinin deputatı.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. 1980-ci ildə SSRİ Hərbi Desant Hissəsi tərkibində Əfqanistana müharibəyə gedib. 1981-ci ildə Əfqan mücahedləri tərəfindən həbs olunub və 6 ay həbsxanada qalıb. Türkiyənin Boz Qurdları tərəfindən azad olunub. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.